"Qarşımızda çox enerjili və inadkar komanda olacaq"

"Qarşımızda çox enerjili və inadkar komanda olacaq"

"Mediasport" Fransa milli milli komandasının baş məşqçisi Didye Deşamın DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turu çərçivəsində sabah Azərbaycan yığması ilə Bakıda baş tutacaq oyundan öncə keçirilən mətbuat konfransında səsləndirdiyi fikirləri təqdim edir:


Osman Dembele və Kilian Mbappenin olmaması sizə çətinlik yaradacaq?

- Dezire Due və başqaları da burada yoxdur. Amma biz dünya çempionatına vəsiqə qazanmışıq. Bu da bizi rahatlaşdırır. Sabahkı matç üçün 22 oyunçumuz var. Qarşımızda isə çox enerjili və inadkar komanda olacaq. Hər bir halda əlimizdən gələni edəcəyik. Çünki məqsədimiz qələbə qazanmaqdır.

Üç gün əvvəl dünya çempionatına vəsiqə qazandınız. O matçda oynayan Kilian Mbappenin zədəsi nə dərəcədə ciddidir?

- Mbappenin topuğunda problemləri var idi, davam edir. Ona görə onu millidən buraxdım, "Real"ın tibbi heyəti onunla məşğul olacaq. Risk etmək istəmirik. Artıq mundiala vəsiqə qazanmışıq. 22 futbolçumuz buradadır, onların da məqsədi aydındır.

Üç futbolçunuz zədəlidir. Sabah hansı oyunçular oynayacaq?

- Üç oyunçu olmasa da, 22 futbolçu Bakıdadır. Hamısı oynaya bilər. Bugünkü məşqdə də hamısı olacaq. Təbii ki, oyunlara görə yorğunluq var. Amma Bakıya vaxtında gəlib, dincəlmişik.