"Sabah" Litvaya yollanacaq

 "Sabah" Litvaya yollanacaq

“Sabah” basketbol klubunun yeni mövsüm üçün hazırlıq planı açıqlanıb.

"Mediasport" xəbər verir ki, “bayquşlar” toplanışa avqustun 23-də Litvada başlayacaqlar.

Hazırlıq prosesi sentyabrın 14-dək davam edəcək.

“Sabah” toplanış çərçivəsində Avropa turnirlərində mübarizə aparacaq klublarla yoxlama oyunları keçirəcək.

Paytaxt təmsilçisi avqustun 26-da “Yuventus Utena” (Litva), 29-da “Şaulyay” (Litva), sentyabrın 3-də “London Layons” (Böyük Britaniya), 6-da isə “Jalgiris” (Litva) komandaları ilə qarşılaşacaq.

Hazırlıq prosesi sentyabrın 12–13-də Klaypedada təşkil olunacaq “Vladas Qarastas Kuboku” ilə başa çatacaq.

“Sabah” yarımfinalda Litvanın “Neptunas” klubu ilə üz-üzə gələcək. Turnirin digər iştirakçıları isə “Zelli Riqa” (Latviya) və “Şyaulyay” komandalarıdır.

“Sabah”ın yoxlama matçlarındakı rəqiblərindən “Yuventus Utena” Çempionlar Liqasında, “Şyaulyay”, “London Layons”, “Neptunas” və “Zelli Riqa” Avropa Kubokunda, “Jalgiris” isə Avroliqada çıxış edəcək.