Avropa Kuboku: Abşeron klubu "Neftçi"dən revanş götürdü

 Avropa Kuboku: Abşeron klubu "Neftçi"dən revanş götürdü

Azərbaycanın basketbol klubları - "Abşeron Layəns" və "Neftçi" FİBA Avropa Kubokunun əsas mərhələsində növbəti dəfə qarşılaşıblar.

"Mediasport" xəbər verir ki, I qrupunda yer alan təmsilçilərimiz sonuncu - 6-cı tur çərçivəsində Bakı İdman Sarayında üz-üzə gəliblər.

Görüş abşeronluların qələbəsi ilə yekunlaşıb - 95:86.

Xatırladaq ki, komandalar arasında ilk dueldə sevin tərəf "Neftçi" olmuşdu (104:86).

Hazırda 5 oyundan sonra "Trefl"in (Polşa) 9 xalla başçılıq etdiyi qrupda "Neftçi" eyni xalla ikinci, "Abşeron Layəns" 8 xalla üçüncü, bir matç az keçirmiş "Kalev" (Estoniya) isə 7 xalla dördüncü sırada qərarlaşıb.