"Şamaxı" "Araz-Naxçıvan"a uduzdu

"Şamaxı" "Araz-Naxçıvan"a uduzdu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci tur start götürüb.

"Mediasport" xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.

“Şamaxı" doğma meydanda liqanın qeyri-sabit kollektivlərindən "Araz-Naxçıvan"ı qəbul edib.

"Şirlər" bu mövsüm məğlub edə bilmədiyi naxçıvanlılara yenə uduzublar. Komandalar arasında əvvəlki iki dueldə 1:1 və 0:2 hesabları qeydə alınmışdı.

4 gün davam edəcək tura martın 21-də yekun vurulacaq.


Azərbaycan Premyer Liqası. 25-ci tur


"Şamaxı” - “Araz-Naxçıvan” 0:1

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov

VAR: Fərid Hacıyev

AVAR: Rəhman İmami

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Şamaxı şəhər stadionu, 15:00