"Sabah"ın bölgə klubu ilə yoxlama oyununda qapılara 10 qol vuruldu
Mövsümün ikinci hissəsinə hazırlaşan "Sabah" 1-ci liqa klubu "Mingəçevir"lə yoxlama oyununda qüvvəsini sınayıb.
"Mediasport" xəbər verir ki, Masazır stadionunda reallaşan görüşdə qapılara 10 qol vurulub.
Meydan sahibləri bölgə təmsilçisinə 9:1 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, "bayquşlar" qış toplanışı çərçivəsində daha əvvəl "Şamaxı"ya qalib gəlib (2:0).
