"Neftçi" doğma meydanda, "Araz-Naxçıvan" səfərdə bərabərə qaldı

"Neftçi" doğma meydanda, "Araz-Naxçıvan" səfərdə bərabərə qaldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci hissəsi start götürüb.

"Mediasport" xəbər verir ki, 2026-cı ilin ilk görüşləri 17-ci tura təsadüf edir.

İlk olaraq Qubada debütant "İmişli" ilə "Araz-Naxçıvan" xalları yarı bölüb.

Paytaxt derbisində isə "Neftçi" "Zirə" ilə bərabərə qalıb.

3 günü əhatə edəcək tura yanvarın 25-də yekun vurulacaq.


Azərbaycan Premyer Liqası. 17-ci tur


"İmişli" - "Araz-Naxçıvan" 2:2

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Əli Əliyev

VAR: Elçin Məsiyev

AVAR: Namiq Hüseynov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Asif Əliyev

Quba Olimpiya İdman Kompleksinin stadionu


"Neftçi" - "Zirə" 0:0

Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Asiman Əzizli, Kamran Əliyev

VAR: Rauf Cabarov

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Emin Cəfərov

"Palms Sports Arena"