"Sabah"ın UÇL-də oyunlarının hakimləri və saatları açıqlandı
“Sabah”ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Finlandiyanın KuPS klubu ilə oyunlarının hakimləri məlum olub.
"Mediasport" xəbər verir ki, komandalar arasında ilk görüşü Polşadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
İyulun 21-də Bakıda saat 21:00-da start götürəcək dueldə baş hakim Lukaş Kujmaya yan xətdə Yakub Vinkler və Pyotr Podbyelski yardımçı olacaqlar.
Dördüncü hakim funksiyasını Marçin Şerboviç yerinə yetirəcək.
Finlandiyada keçiriləcək qarşılaşmada ədaləti qorumaq İsraildən olan hakimlərə həvalə olunub.
Baş hakim Qal Leybovitz, yan xətdə Roy Hassan və Yossi Babayoff, dördüncü hakim kimi isə Dekel Zino işləyəcək.
"Bayquşlar"ın səfər oyunu iyulun 28-də Bakı vaxtilə saat 19:00-da başlanacaq.


