Bəhlul əməliyyat olundu

Bəhlul əməliyyat olundu

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə əməliyyat olunub.

"Mediasport" xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la ilk oyunda zədələnən müdafiəçi sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi əməliyyat keçirib.

Bəhlul Mustafazadənin təxminən 3-4 həftə sonra həkimlərin nəzarəti altında bərpa prosesinə başlaması planlaşdırılır.