Premyer Liqa təmsilçisi millinin məşqçisi ilə yollarını ayırdı

Premyer Liqa təmsilçisi millinin məşqçisi ilə yollarını ayırdı

Premyer Liqada uğursuz mövsüm keçirən "Karvan-Yevlax" iki məşqçisi ilə yollarını ayırıb.

"Mediasport" xəbər verir ki, aran təmsilçisi məşqçi Zaur Hacıyev və qapıçılar üzrə məşqçi Hüseyn Məhəmmədovla yolları ayırıb.

Hər iki mütəxəssislə anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib. Hüseyn Məhəmmədov paralel olaraq U-16 Azərbaycan millisinin qapıçılar üzrə məşqçisidir.

Xatırladaq ki, Yevlax klubu baş məşqçi Azər Həşimovla noyabrda vidalaşıb. Lakin məşqçinin təzminat tələbinə görə müqaviləyə hələ xitam verilməyib və onun yerinə Füzuli Məmmədov gətirilsə də, rəsmi sənədlərdə baş məşqçi kimi Həşimov göstərilir.