"Sabah"ın II raundda potensial rəqibi məlum oldu - Avropa Liqası

"Sabah"ın II raundda potensial rəqibi məlum oldu - Avropa Liqası

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Sabah” ikinci təsnifat mərhələsində potensial rəqibləri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, "bayquşlar" ilk raundu keçsələr, növbəti etapda AEK (Kipr) - “Partizan” (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcəklər.

Bu mərhələnin ilk oyunları iyulun 24-də, cavab matçları 1 həftə sonra baş tutacaq.

Təmsilçimiz növbəti mərhələyə vəsiqə qazansa, ilk görüşünü Bakıda keçirəcək.

Qeyd edək ki, Masazır klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Sloveniyanın “Selye” klubu ilə qarşılaşacaq.

Oyunlar iyulun 10-da (evdə) və 17-də reallaşacaq.