Millimiz Avropa çempionatında Xorvatiya yığmasına məğlub oldu
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.
"Mediasport" xəbər verir ki, 6-cı qrupda yer alan komandamız ilk turda Xorvatiya yığması ilə qarşılaşıb.
Görüş rəqibin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 6:0.
Millimizin qrupda növbəti matçı aprelin 14-də Çexiya futbolçularına qarşı olacaq.
U-19 aprelin 17-də isə Gürcüstan seçməsi ilə üz-üzə gələcək.
