"Qarabağ" Çempionlar Liqasına möhtəşəm qələbə ilə başladı
Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi "Qarabağ" bu axşam UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, Qurban Qurbanovun komandası 8 ildən sonra qitənin bir nömrəli klub yarışının ilk turu çərçivəsində Portuqaliyada "Benfika" ilə qarşılaşıb.
Komandamız səfərdə möhtəşəm geridönüşlə qələbə qazanıb. Bu, "atlılar"ın UEFA Çempionlar Liqasının əsas mərhələlərində ilk qalibiyyəti kimi tarixə düşüb.
Xatırladaq ki, Ağdam klubu liqa mərhələsində ikinci tur görüşünü oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" kollektivinə qarşı keçirəcək.
Komandamızın digər turlarda rəqibləri müvafiq ardıcıllıqla "Atletik" (İspaniya), "Çelsi" (İngiltərə), "Napoli" (İtaliya), "Ayaks" (Niderland), "Ayntraxt" (Almaniya) və "Liverpul" (İngiltərə) komandaları olacaqlar.
UEFA Çempionlar Liqası. Liqa mərhələsi. 1-ci tur
“Benfika” (Portuqaliya) - “Qarabağ” (Azərbaycan) 2:3
Qollar: Enso Barreneça, 6, Vangelis Pavlidis, 16 - Leandro Andrade, 30, Kamilo Duran, 48,, Alseksey Kaşşuk, 86.
Baş hakim: Erik Lambrexts
Yan xətt hakimləri: Jo de Veyrdt, Kevin Monteni
Dördüncü hakim: Natan Verbumen
VAR: Bram Van Drieşşe (hamısı Belçika)
AVAR: Fedayi San (İsveçrə)
Lissabon, "Da Luj" stadionu.
"Benfika": 1.Anatoli Trubin, 26.Samuel Dal, 4.Antonio Silva, 30.Nikolas Otamendi (k), 17.Amar Dediç, 20.Riçard Rios, 5.Enso Barreneçea, 10.Georgi Sudakov, 21.Andreas Şelderup, 8.Fredrik Oursnes, 14.Vangelis Pavlidis.
Baş məşqçi: Brunu Laji.
"Qarabağ": 99.Mateuş Koxalski, 44.Elvin Cəfərquliyev, 13.Bəhlul Mustafazadə, 81.Kevin Medina, 2.Mateus Silva, 35.Pedro Bikalyo, 8.Marko Yankoviç, 9.Kadi Borges, 10.Abdullah Zubir (k), 15.Leandro Andrade, 17.Kamilo Duran.
Baş məşqçi: Qurban Qurbanov.
