"Qarabağ" "Atletik"ə, "Sabah" "Nant"a qarşı - UEFA Gənclər Liqası

"Qarabağ" "Atletik"ə, "Sabah" "Nant"a qarşı - UEFA Gənclər Liqası

UEFA Gənclər Liqasında mübarizə aparan "Qarabağ" bu gün yarışda növbəti görüşünü keçirəcək.

"Mediasport" xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu U-19 Liqa mərhələsinin üçüncü turu çərçivəsində "Atletik"lə qarşılaşacaq.

İspaniyada baş tutacaq görüş Bakı vaxtilə saat 14:00-da başlanacaq.

Xatırladaq ki, komandamız qrupda çıxdığı ilk iki dueldən məğlub ayrılıb.

Təmsilçimiz səfərdə "Benfika"ya (1:7), Bakıda "Kopenhagen"ə (0:5) uduzubsa, Bilbao klubu hər iki matçını qələbə ilə başa vurub.

Yarışda digər təmsilçimiz "Sabah" isə turnirin II təsnifat mərhələsinin ilk matçında Fransada "Nant"ın qonağı olacaq. Bu oyun saat 19:00-da start götürəcək. Tərəflər arasında cavab qarşılaşması noyabrın 5-də Bakıda keçiriləcək.


UEFA Gənclər Liqası. Əsas mərhələ. 3-cü tur


14:00 "Atletik" U-19 (İspaniya) - "Qarabağ" U-19 (Azərbaycan)

Baş hakim: Qal Leyboviç

Yan xətt hakimləri: Haz Orpaz Hen, Zeev Vladimir Frenkel (əsas hakimlər İsraildəndir)

Dördüncü hakim: Con Andrade Del Olma (İspaniya)