Azərbaycanlı hakim Polşadakı turnirdə bu vəzifəni icra edəcək

  Azərbaycanlı hakim Polşadakı turnirdə bu vəzifəni icra edəcək

Azərbaycan Atletika Federasiyasını (AAF) təmsil edən beynəlxalq dərəcəli hakim Teymur Axundov Polşada keçiriləcək "Mityng Ambasadorów" beynəlxalq yarışına təyinat alıb.

"Mediasport" xəbər verir ki, o, yarışda texniki deleqat və dopinq nəzarəti üzrə məsul şəxs vəzifəsini icra edəcək.

Axundov yarış zamanı idmançılar üçün bərabər və ədalətli rəqabət mühitinin təmin edilməsinə, həmçinin dopinq qaydalarına riayət olunmasına nəzarət edəcək.