Lamiyə Vəliyeva Qazaxıstanda Azərbaycan rekordunu yenilədi

Lamiyə Vəliyeva Qazaxıstanda Azərbaycan rekordunu yenilədi

Azərbaycanlı atlet Lamiyə Vəliyeva Qazaxıstanın Uskemen şəhərində Olimpiya çempionu Olqa Rıpakova mükafatı uğrunda beynəlxalq yarışda yeni rekord müəyyənləşdirib.

"Mediasport" xəbər verir ki, Paralimpiya çempionumuzun heyətində yer aldığı komanda əvvəlcə 4x200 metr məsafəyə qarışıq estafet qaçışında 1.31.80 nəticə ilə 1-ci yeri tutub.

İdmançımız daha sonra 400 metr məsafəyə qaçışda 55.78 saniyə nəticə göstərərək Azərbaycan milli rekordunu yeniləyib.