"Səbail" Türkiyədə qalib gəldi
1-ci Liqada yeni mövsümün hazırlığını Türkiyənin Bolu bölgəsində davam etdirən “Səbail” ilk yoxlama oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, Elnur Abdullayevin rəhbərlik etdiyi komanda Şimali Kipr Türk Respublikası təmsilçisi TOL klubu ilə üz-üzə gəlib.
“Bolu Termal Hotel”in stadionunda baş tutan qarşılaşma komandamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu Rubin Seyidov vurub.
Qeyd edək ki, “Səbail” PFK Boluda növbəti yoxlama oyununu avqustun 19-da keçirəcək.


