"Qarabağ"ın iki komandası Portuqaliyaya birlikdə yollanacaq

Sentyabrın 16-da UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayacaq "Qarabağ"ın Portuqaliyaya səfər planı məlum olub.
"Mediasport" xəbər verir ki, Qurban Qurbanovun komandası "Benfika" ilə görüş üçün Pireney yarımadasına sabah günün ikinci yarısında yola düşəcək.
Ağdam klububun U-19 komandası da əsas kollektivlə birgə səfər edəcək.
U-19 UEFA Gənclər Liqasının ilk turunda "Benfika"dan olan həmyaşıdları ilə qarşılaşacaqlar. Sentyabrın 16-da baş tutacaq matç Bakı vaxtilə saat 14:00-da başlanacaq.
Əsas komandaların qarşılaşması isə "Eştadiu da Luj" stadionunda Bakı vaxtilə saat 23:00-da start götürəcək.