"Komandamıza inanıram, yaxşı hazırlaşmışıq" - Toral Bayramov

"Komandamıza inanıram, yaxşı hazırlaşmışıq" - Toral Bayramov

“Bakıdakı oyun 0:0 hesabı ilə başa çatmışdı. Bu dəfə məqsədimiz daha yaxşı oyun göstərərək qələbə qazanmaqdır".

"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Toral Bayramov deyib.

Müdafiəçi sabah UEFA Millətlər Liqasının 5-ci turu çərçivəsində səfərdə Lixtenşteyn yığması ilə baş tutacaq matçdan öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

"Komandamıza inanıram, yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, hazırlığımızı meydanda nümayiş etdirərək qələbə qazanacaq və xalqımızı sevindirəcəyik”.

Xatırladaq ki, qarşılaşma Bakı avxtilə saat 23:45-də başlanacaq.