Türkiyə milli komandası ardıcıl 5-ci oyunda 5-ci məğlubiyyətini aldı
UEFA Millətlər Liqasında qrup mərhələsinin 5-ci turu start götürüb.
"Mediasport" xəbər verir ki, A Liqasının 1-ci qrupunda yarışan Türkiyə milli komandası İzmirdə Belçika yığmasını qəbul edib.
Arda Gülerin gözəl cərimə zərbəsindən hesabı açdığı görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.
Bu, Sergen Yalçının rəhbərlik etdiyi komandanın ilk, ümumilikdə cari tskildə ardıcıl 5-ci məğlubiyyəti olub.
Əvvəlki 4 qarşılaşmada komandanı Vinçenso Montella çalışdırırdı.
C Liqasının 2-ci qrupunda da bir duel baş tutub. Ermənistan futbolçuları İrəvanda Kipr komandası ilə bərabərə qalıblar - 1:1.

