YENİLƏNİR - Azərbaycan millisi Lixtenşteyn yığması ilə üz-üzə
Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının cari mövsümündə son oyununu keçirəcək.
"Mediasport" xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv yer aldığı D Divizionunun 2-ci qrupunun son turu çərçivəsində Lixtenşteyn futbolçularının qonağı olacaq.
Vadutsdakı "Reynpark" stadionunda baş tutacaq görüş Bakı vaxtilə saat 23:45-də start götürəcək.
UEFA Millətlər Liqası. D Divizionu, 2-ci qrup. 5-ci tur
23:45 Lixtenşteyn - Azərbaycan
Baş hakim: Kristo Tohver
Yan xətt hakimləri: Silver Koiv, Sander Saqa
Dördüncü hakim: Yonas Yanovits
VAR: Marko Liva
AVAR: Yuri Frişer (hamısı Estoniya)
Lixtenşteyn, Vaduts, "Reynpark" stadionu.

