Zaqreb Qran-prisinin ilk günündə 4 cüdoçumuz mübarizə aparacaq
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-pri turniri start götürəcək.
"Mediasport" xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin dörd üzvü üç çəki dərəcəsində mübarizə aparacaq.
Qadınların yarışında Gültac Məmmədəliyeva (52 kq) 1/16 finalda xorvatiyalı Tihea Topolovetslə qarşılaşacaq.
Kişilərin mübarizəsində isə Murad Muradlı (60 kq) 1/16 finalda fransalı Luka Mxeidze ilə, Nizami İmranov (66 kq) fransalı Daiki Buba, Turan Bayramov isə almaniyalı Florian Bökerlə üz-üzə gələcək.
Turnir noyabrın 15-də yekunlaşacaq.

