"Kəpəz"də növbəti QALMAQAL - Daha üç nəfər komandadan ayrıldı!

"Kəpəz"də növbəti QALMAQAL - Daha üç nəfər komandadan ayrıldı!

Premyer Liqada uğursuzluq zolağından çıxa bilməyən "Kəpəz"də növbəti qalmaqal yaşanıb.

Gəncə klubundan "Mediasport"a verilən məlumata görə, düşərgəni daha üç səlahiyyətli şəxs tərk edib.

Baş menecer Samir Hüseynov, menecer Elçin Zeynalov və tərcüməçi Cavidan Talıbov "sarı-göylər"lə vidalaşıb.

Onlar İdarə Heyətinin sədri Adil Vəliyev və İdarə Heyətinin əsas üzvü Fərman Əlizadə ilə işləməyin mümkün olmadığını əsas gətirərək ayrılıblar.

Xatırladaq ki, çempionatda keçirdiyi 6 oyunun hamısında uduzan komandadan daha əvvəl idman məsələləri üzrə müşavir Erkin İbrahimov, ardınca baş məşqçi Adil Şükürov gedib.