Azərbaycan Premyer Liqasında acı mənzərə: 6 oyun 3 stadionda!

Azərbaycan Premyer Liqasında acı mənzərə: 6 oyun 3 stadionda!

Sabah Azərbaycan Premyer Liqasında 2-ci tur start götürəcək.

"Mediasport" xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Debütant "İmişli" "Neftçi" ilə Şamaxı şəhər stadionunda qarşılaşacaq.

24 avqustda keçirilməsi planlaşdırılan "Şamaxı" - "Sabah" görüşü də həmin stadionda oynanılacaq.

Sabah baş tutacaq "Qarabağ" - "Sumqayıt" dueli ilə yanaşı, "Turan Tovuz" - "Araz-Naxçıvan" matçının da "Azərsun Arena"da keçiriləcəyi dəqiqdir.

Qısası, turun 6 görüşü 3 stadionda reallaşacaq.


2-ci turun oyunlarının keçiriləcəyi stadionlar:


"Qarabağ" - "Sumqayıt" və "Turan Tovuz" - "Araz-Naxçıvan" - "Azərsun Arena"

"İmişli" - "Neftçi" və "Şamaxı" - "Sabah" - Şamaxı şəhər stadionu

"Kəpəz" - "Karvan" və "Qəbələ" - "Zirə" - Qəbələ şəhər stadionu