Azarkeşlərinin kobud davranışları "Neftçi"ni 8 min manat ziyana saldı

Azarkeşlərinin kobud davranışları "Neftçi"ni 8 min manat ziyana saldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Mediasport" xəbər verir ki, toplantıda "Neftçi"nin 8 min manat cərimə edilməsinəd air qərar çıxarılıb.

Buna Premyer Liqanın 4-cü turunun "Neftçi" - "Sabah" matçında ev sahibi azarkeşlərin meydana kənar əşyalar atması və fanatlar tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilməsi səbəb olub.

"Ağ-qaralar" əşyaya görə 3, təhqirlərə görə isə 5 min manat cərimələnib.