"Qarabağ" şansları dəyərləndirildi - Bizə yalnız möcüzə mane ola bilər

"Qarabağ" şansları dəyərləndirildi - Bizə yalnız möcüzə mane ola bilər

Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi "Qarabağ" Çempionlar Liqasının pley-offunun ilk matçında "Ferensvaroş"u məğlub edib (3:1).

"Mediasport" xəbər verir ki, "Football Meets Data" portalı qitənin nüfuzlu klub turnirində komandaların əsas mərhələyə vəsiqə qazanmaq ehtimalını dəyərləndirib.

"Köhlən atlar" 91 faizlik göstərici ilə 3-cü pillədə qərarlaşıb.

"Şturm Qrats"ı 0:5 hesabı ilə məğlub edən "Budö Qlimt" 1-ci pillədə yer alıb (99.8%).

"Reyncers"dən 1:3 hesabı ilə üstün olan "Brügge" ikincidir (96%)

Türkiyə təmsilçisi "Fənərbağça"nın şansları 34 faizlə dəyərləndirilib.

Xatırladaq ki, pley-off raundu çərçivəsində baş tutacaq cavab qarşılaşmaları avqustun 26-27-də keçiriləcək.