92 min manatlıq Azərbaycan çempionatının açılışı keçirildi

92 min manatlıq Azərbaycan çempionatının açılışı keçirildi

Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

"Mediasport" xəbər verir ki, Dövlət Himninin ardından ötənilki yarışın yaddaqalan məqamlarını əks etdirən videoçarx nümayiş etdirilib.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov ölkədə şahmatın kütləviliyinin artırıldığını və gənc istedadların üzə çıxarılması üçün bu cür daxili çempionatların böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

O builki çempionat həm təşkilatçılığın həm də rəqabət baxımından əvvəlkilərdən fərqli olacağını qeyd edib.

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan çempionatlarının səviyyəsinin artdığını deyib.

Nazir Azərbaycan Şahmat Federasiyasında yaxşı işlərin görüldüyünü, bu səbəbdən şahmatla məşğul olan gənclərin sayının çox olduğunu söyləyib.

Azərbaycan çempionatının iştirakçıları təqdim olunduqdan sonra püşk atılıb. Bununla da yarış açıq elan olunub.

Qeyd edək ki, Azərbaycan çempionatında 46 şahmatçı iştirak mübarizə aparacaq.

Kişi şahmatçılarda 30, qadınlarda isə 16 iştirakçı yarışacaq.

Turnirin ümumi mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.

Birincilik fevralın 22-də yekunlaşacaq.