Azərbaycan millisi dünya çempionatında yarımfinala çıxdı
Qadın şahmatçılardan ibarət Azərbaycan milli komandası İspaniyanın Linares şəhərində keçirilən dünya çempionatında yarımfinala çıxıb.
"Mediasport" xəbər verir ki, zəka sahiblərimiz 1/4 finalda Gürcüstan yığması ilə iki dəfə qarşılaşıblar.
İlk duel 2:2 hesablı bərabərliklə yekunlaşıb, növbəti qarşıdurmada təmsilçilərimiz qələbəni bayram ediblər - 2,5:1,5.
Xatırladaq ki, millimiz İlahə Qədimovanın kapitanlığında Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva ilə təmsil olunur.
Mundiala sabah yekun vurulacaq.
