"Şkendiya" "Qarabağ"la oyunlar üçün sifariş ərizəsini açıqladı

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Şkendiya" təmsilçimizlə oyun üçün sifariş ərizəsini açıqlayıb.
"Mediasport" xəbər verir ki, Şimali Makedoniya təmsilçisinin baş məşqçisi Jeton Begiri heyətə 24 futbolçu daxil edib.
Qapıçılar: Babukar Qaye, Astrit Amzay, Ferat Ramani;
Müdafiəçilər: Aleksandr Trumçi, Klisman Tsake, Ronaldo Vebster, İmran Fetai, Mövlan Murati, Nazif Ceka, Numan Ayetovic, Anes Meliçi;
Yarımmüdafiəçilər: Reşat Ramadani, Adamu Alhassan, Florent Ramadani, Arbin Zeynulay, Kamer Çaka, Amir Nuhia;
Hücumçular: Besart İbraimi, Fiton Ademi, Endrit Krasniqi, Vane Krstevski, Lorik Kaba, Fabris Tamba, Liridon Latifi.
"Şkendiya" və "Qarabağ" arasında ilk oyun sabah Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Cavab matçı isə bir həftə sonra Azərbaycanda keçiriləcək.