Ueyn Runi "Qarabağ"la 2:2-yə görə Enso Mareskanı tənqid etdi
İngiltərə milli komandasının sabiq futbolçusu Ueyn Runi "Qarabağ"la Bakıda bərabərə qalan "Çelsi"nin baş məşqçisi Enso Mareskanı sərt tənqid edib.
"Mediasport" xəbər verir ki, məşhur veteran italyan mütəxəssisin oyunda və ümumən taktiki planda radikal dəyişikliklərə çox getdiyini bildirib.
Runi vurğulayıb ki, Mareska müntəzəm olaraq dəyişikliklər etdiyi üçün komandası sabit oynamır.
Öz növbəsində London klubunun baş məşqçisi sabiq forvardın iradlarına cavab verib. O deyib ki, heyətdə oynamağa hazır olan futbolçu çoxdur və hamısına şans verməyə çalışır:
“Qarabağ”la oyundan sonra da demişdim ki, futbolçularım arasında rotasiyalar edirəm və heç bir oyunçum bundan narazı deyil.
Futbol dəyişib, bu gün meydanda istənilən nəticələr qeydə alına bilər. Bizim yaxşı heyətimiz, bacarıqlı və istedadlı futbolçularımız var. Onların inkişafına imkan yaratmaq lazımdır".
Xatırladaq ki, Azərbaycan çempionu noyabrın 5-də Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində "Çelsi" ilə 2:2 hesablı heç-heçə edib.
