SON DƏQİQƏ! FİFA "Qarabağ"a transfer qadağası qoydu - FOTO

SON DƏQİQƏ! FİFA "Qarabağ"a transfer qadağası qoydu - FOTO

FİFA “Qarabağ” futbol klubuna transfer qadağası qoyub.

"Mediasport" xəbər verir ki, bu barədə dünya futbol təşkilatının transfer kommissiyasının rəsmi portalında məlumat yer alıb.

Qərara əsasən, Ağdam klubu növbəti üç transfer pəncərəsi ərzində yeni oyunçu qeydiyyata ala bilməyəcək.

Qadağanın səbəbləri hələlik açıqlanmayıb.

Ehtimal edilir ki, "atlılar"ın hansısa oyunçunun keçidi zamanı köçürmələrdə gecikmə baş verib.

Xatırladaq ki, bir neçə gün əvvəl "Neftçi" də analoji qərarla üzləşmiş və paytaxt təmsilçisi məsələni 3 günə yoluna qoymuşdu.