Bakı təmsilçisi futbolçusunu Ukrayna klubuna icarəyə verdi

 Bakı təmsilçisi futbolçusunu Ukrayna klubuna icarəyə verdi

"Sabah" Andrey Santosu yenidən icarəyə göndərib.

"Mediasport" xəbər verir ki, 1 ay əvvəl Gürcüstanın "İberiya" klubu ilə icarə müqaviləsi bağlayan braziliyalı Ukraynaya yollanıb.

Müdafiəçi karyerasını "Veres"də davam etdirəcək.

21 yaşlı "sambaçı" ilə 1 mövsümlük müqavilə bağlanıb. Klublar arasındakı anlaşmada satınalma bəndi yer alıb.

Qeyd edək ki, 2025-ci ildən "Sabah"a məxsus olan Santos "bayquşlar"ın heyətində 8 oyun keçirib.