Aysel Əhmədlidən Avropa çempionatında qızıl medal
Azərbaycan paralimpiyaçısı Aysel Əhmədli Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 16-cı “WSF - şotokan karate" üslubu üzrə Avropa çempionatında uğurla çıxış edib.
Bu barədə "Mediasport"a Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Parakarate üzrə K10 kateqoriyasında mübarizə aparan idmançımız bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

