UEFA Çempionlar Liqası: "Sabah" Norveç səfərində məğlub oldu
UEFA Çempionlar Liqasının Liqa mərhələsində təmsilçimiz "Sabah" 4-cü tur oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu Norveçdə "Vikinq"in qonağı olub.
Görüş rəqibin böyükhesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "bayquşlar" bunadək iki dəfə məğlub olub, bir dəfə qələbə qazanmışdılar.
UEFA Çempionlar Liqası. Liqa mərhələsi. 4-cü tur
"Vikinq" (Norveç) - "Sabah" (Azərbaycan) 4:1
Baş hakim: Sander van der Eyk
Yan xətt hakimləri: Rens Bluemink, Stefan de Qrot
Dördüncü hakim: Coui Koy (hamısı Niderland)
Norveç, Stavanger. Vikinq Stadionu.

