Peşəkar Futbol Liqasından oyuna çıxmayan klubla bağlı açıqlama

 Peşəkar Futbol Liqasından oyuna çıxmayan klubla bağlı açıqlama

Peşəkar Futbol Liqası (PFL) bu gün 1-ci Liqanın baş tutmayan "Mingəçevir" - "Şahdağ Qusar" matçı ilə əlaqədar açıqlama yayıb.

"Mediasport" xəbər verir ki, oyun ev sahibi komandanın təyin olunmuş vaxtda stadionda olmamasına görə baş tutmayıb.

Təşkilatçı qurumun açıqlamasını təqdim edirik:

"Prosedura uyğun olaraq, oyun vaxtı təyin olunub. Rəqib komanda və oyunun təşkilinə cavabdeh olan şəxslər müəyyənləşdirilmiş vaxtda stadionda olublar.

Meydan sahibi "Mingəçevir" komandası təyin olunmuş vaxtda stadiona gəlməyib. Əsasnaməyə uyğun olaraq, 30 dəqiqə gözlənilib və matç baş tutmamış hesab olunub.

Bununla bağlı yekun qərar İntizam Komitəsinin səlahiyyətindədir".

Qeyd edək ki, "Mingəçevir" futbolçuları maliyyə problemlərinə görə maaş almadıqları üçün oyunu boykot ediblər.