Andrey Demçenkonun "Araz-Naxçıvan"da köməkçiləri açıqlandı

Andrey Demçenkonun "Araz-Naxçıvan"da köməkçiləri açıqlandı

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenkonun köməkçiləri müəyyənləşib.

Klubdan “Mediasport”a verilən məlumata görə, ukraynalı çalışdırıcının fikizi hazırlıq üzrə köməkçisi Rikardo De Vivo olacaq.

UEFA-nın A lisenziyasına sahib 45 yaşlı fitnes-məşqçisinin son klubu Tbilisi “Dinamo”su olub.

İtaliyalı mütəxəssis müxtəlif illərdə “Jenis” (Qazaxıstan), “Liepaya” (Latviya), “Lokomotiv” (Tbilisi, Gürcüstan), “Episkopi” (Yunanıstan) və s. klublarında da işləyib.

Digər köməkçilər Cəmaləddin Əliyev (qapıçılar üzrə), Vadar Nuriyev və Əfran İsmayılovdur.