U-19 "Qarabağ" avrokuboklarda mübarizəni erkən dayandırdı
"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Xorvatiyada "Dinamo"nun qonağı olub.
Qarşılaşma Zaqreb futbolçularının böyükhesablı qələbəsi ilə yekunlaşıb - 7:0.
Xatırladaq ki, Ağdam klubu ötən həftə Bakıda reallaşan ilk görüşdə rəqibinə 1:2 hesabı ilə uduzmuşdu.
Komandamız bununla da yarışda mübarizəni erkən başa vurub.

