Bu gün "El Klasiko" var: Əzəli və əbədi rəqabətin 262-ci seriyası

Bu gün "El Klasiko" var: Əzəli və əbədi rəqabətin 262-ci seriyası

Bu gün futbol dünyasının əsas diqqəti İspaniyanın paytaxtı Madriddə olacaq.

Möhtəşəm "Santyaqo Bernabeu" stadionunda cari mövsümün ilk, ümumilikdə tarixin 262-ci "El Klasiko"su baş tutacaq.

Dünya nəhəngləri - "Real" və "Barselona" arasında əzəli və əbədi rəqabətin əsası 1902-ci il mayın 13-də qoyulub.

Bütün turnirlər daxil, bunadək keçirilmiş 261 duelin 105-də qələbə qazanan tərəf "kral klubu" olub.

Katalonların aktivində 104 qalibiyyət varsa, tərəflər 52 dəfə "sülh" bağlayıblar.

"El Klasiko" tarixində ən böyükhesablı qələbəni madridlilər əldə ediblər - "Real" 1943-cü il iyunun 19-da İspaniya Kuboku çərçivəsində reallaşmış matçda rəqibini 11:1 hesabı ilə məğlub edib.

La Liqanın 10-cu turuna təsadüf edəcək bugünkü görüş Bakı vaxtilə saat 19:15-də start götürəcək və "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, komandalar Primeranın turnir cədvəlində hazırda 1-2-ci yerləri bölüşürlər. Kataloniyalıları 2 xal qabaqlayan "blankos" 24 xalla liderdir.

Ayxan