Yeni seçilən prezident iddialı danışıb çempionluq sözü verdi

Yeni seçilən prezident iddialı danışıb çempionluq sözü verdi

"Fənərbaxça" camiəsinin nə qədər böyük olduğunu hamı bilir. Bu böyüklüyü yalnız öz aramızda parçalanaraq məhv etməyə çalışırıq. Buna imkan verməyəcəyik".

"Mediasport" xəbər verir ki, bu sözləri İstanbul nəhəngi "Fənərbaxça"nın yeni seçilən prezidenti Əziz Yıldırım deyib.

73 yaşlı təcrübəli funksioner seçim başa çatdıqdan sonra ilk açıqlamasında azarkeşlərə çempionluq sözü verib:

"İnşallah, çempionluq qeyd edəcəyik. "Fənərbaxça" klubunun birlik və bərabərliyə ehtiyacı var.

Dəyərli insanlardan ibarət idarə heyəti qurduq. Təcrübəmlə birlikdə çalışacağıq. Sözümüz sözdür - məqsəd çempionluqdur!

Lazım olan transferləri və gücləndirmələri 15 gün ərzində həyata keçirəcəyik.

Narahat olmayın. Sizə olan borcumuzu mütləq ödəyəcəyik. Bu borcu ödəmədən buradan getməyəcəyik. Bunu bir il ərzində edəcəyik. Hamı bunu bilsin".

Xatırladaq ki, Əziz Yıldırım 17 min 245 səs toplayıb və digər namizəd Hakan Safini (9927 səs) üstələyib.

Onun əvvəlki rəhbərliyi dönəmində İstanbul nəhəngi 6 dəfə Türkiyə Superliqasının qalibi olub.

Bu uğur üzrə bütün zamanların rekordçusunun (28) son çempionluğu 2013/2014 mövsümündə qeydə alınıb.