Tofiq Musayev üçün yeni rəqib - Döyüş Serbiyada baş tutacaq

Tofiq Musayev üçün yeni rəqib - Döyüş Serbiyada baş tutacaq

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayevin UFC-də növbəti rəqibi məlum olub.

"Mediasport" xəbər verir ki, yüngül çəkidə döyüşən idmançımız avqustun 1-də slovakiyalı Ludovit Klaynla qarşılaşacaq.

Görüş Serbiyanın paytaxtı Belqradda baş tutacaq.

Xatırladaq ki, Musayev UFC-də son olaraq martda ABŞ-nin Syetl şəhərində çilili İqnasio Bahamondeslə döyüşüb və qələbə qazanıb.