Tofiq Musayev UFC-də döyüşəcək

Tofiq Musayev UFC-də döyüşəcək

Azərbaycanın tanınmış MMA döyüşçüsü Tofiq Musayev dünyanın bir nömrəli turniri UFC-də (The Ultimate Fighting Championship) meydana çıxacaq.

"Mediasport" xəbər verir ki, idmançı yarışda debütünü Bakıda edəcək.

O, şirkətlə müqavilə bağlayıb.

Məlum olduğu kimi, iyun ayında Bakıda ilk dəfə UFC-nin döyüş gecəsi təşkil olunacaq.

Qeyd edək ki, Musayev MMA-da keçirdiyi 27 görüşün 22-də qalib gəlib.