"UFC Fight Night Baku" turnirində keçiriləcək döyüşlər açıqlandı

"UFC Fight Night Baku" turnirində keçiriləcək döyüşlər açıqlandı

Bakıda keçiriləcək "UFC Fight Night Baku" turniri çərçivəsində nəzərdə tutulan bütün döyüşlər açıqlanıb.

"Mediasport" xəbər verir ki, təmsilçimiz Rafael Fiziev yüngül çəki dərəcəsində Manuel Torreslə (Meksika) üz-üzə gələcək.

Orta çəkidə Şarabutdin Maqomedov Miçel Pereyra ilə (Braziliya) mübarizə aparacaq.

Nazim Sadıqov yüngül çəkidə Mateus Kamilo ilə (Braziliya) qarşılaşacaq.

Asu Almabayev (Qazaxıstan) reytinq döyüşündə Çarlz Consonla (ABŞ) qüvvəsini sınayacaq.

İkram Aliskerov orta çəkidə Brunno Ferreyra (Braziliya), Abus Maqomedov (Almaniya) isə Mixal Oleksieyçuk (Polşa) ilə döyüşəcək.

Yarımağır çəkidə məğlubiyyət yaşamayan Abdul Rəhman Yaxyayev Culius Uolker (ABŞ) ilə üz-üzə gələcək.

Fərman Həsənovun UFC-də debütü Erik Nolana qarşı olacaq.

Orta çəkidə İsmayıl Naurdiyev Marvin Vettori (İtaliya), Nursulton Ruziboyev (Özbəkistan) isə Andrey Pulyayev (Rusiya) ilə üz-üzə gələcək.

Daniil Donçenko (Ukrayna) yarımorta çəkidə Andreas Qustafsson (İsveç) ilə mübarizə aparacaq.

Bantam çəkidə Bekzat Almaxan (Qazaxıstan) ilə Yan Matsumoto (Braziliya) arasında görüş baş tutacaq.

Xatırladaq ki, yarış iyunun 27-də Milli Gimnastika Arenasında gerçəkləşəcək.