Azərbaycan Premyer Liqasının klubu "Lill"in futbolçusu ilə anlaşdı

 Azərbaycan Premyer Liqasının klubu "Lill"in futbolçusu ilə anlaşdı

Tarixində ilk dəfə çempion olan "Sabah" Fransanın "Lill" klubundan daha bir futbolçu ilə anlaşıb.

"Mediasport" "Ekip"ə istinadən xəbər verir ki, "bayquşlar" Liqa 1 təmsilçisinin üzvü Yunes Laçaabı transfer edib.

21 yaşlı vingerlə bugünlərdə rəsmi müqavilə bağlanacaq.

Cari mövsüm "Lill"in əsas komandasında meydana çıxmayan Laçaab əvəzedici heyətdə 12 oyun keçirib, 2 qol və məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Masazır klubu "Lill"dən daha əvvəl Aaron Maludanı heyətinə qatıb.