Toralı transfer etmək istəyən Polşa nəhənginin adı məlum oldu

Toralı transfer etmək istəyən Polşa nəhənginin adı məlum oldu

"Qarabağ"ın futbolçusu Toral Bayramovu heyətinə qatmaq istəyən Polşa klubunun adı məlum olub.

"Mediasport" xəbər verir ki, yığmamızın üzvünün keçidində 9-qat ölkə çempionu "Lex" maraqlıdır.

Polşa nəhənginin müdafiəçi üçün bugünlərdə Ağdam təmsilçisinə təklif göndərəcəyi deyilir.

İddiaya görə, "Qarabağ" Bayramovu azı 1.5 milyon avro qarşılığında sərbəst huraxmağa razıdır.

Xatırladaq ki, sağ və sol cinahlarda oynaya bilən Toral "Qarabağ"da 2018-ci ildən forma geyinir.