Çempionluğa oynayan Qarabağ klubu 5 futbolçusunu yola saldı

Çempionluğa oynayan Qarabağ klubu 5 futbolçusunu yola saldı

2-ci liqada çempionluğa oynayan "Xankəndi"də "təmizləmə əməliyyatı" aparılıb.

"Mediasport" xəbər verir ki, Qarabağ klubu 5 futbolçusu ilə vidalaşıb.

Əliəkbər Şəbiyev, Məhərrəm Məmmədli, Adəm Topalov, Mirkamil Əliyev və Hüseyn Mənəfli ilə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, "Xankəndi" çempionatda 14 turdan sonra "Qaradağ Lökbatan"la birlikdə şərikli liderdir. Hər iki kollektivin 39 xalı var.