Azərbaycanlı dünya çempionuna "Fənərbağça"da vəzifə verildi
Azərbaycan millisinin keçmiş atleti Ramil Quliyevə Türkiyənin “Fənərbağça” İdman Klubunda vəzifə verilib.
"Mediasport" xəbər verir ki, qaçış üzrə dünya və Avropa çempionu klubun Atletika departamentinin rəhbəri təyin edilib.
Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, 36 yaşlı idmançı 2011-ci ildə Türkiyə vətəndaşlığı alaraq bu ölkənin bayrağı altında çıxış edir.
