Azərbaycan idmançısı Avropa çempionatında finala yüksəldi

Azərbaycan idmançısı Avropa çempionatında finala yüksəldi

Azərbaycan atleti Rüstəm Məmmədov Niderlandın Apeldorn şəhərində keçirilən Avropa çempionatında üçtəkanla tullanma növü üzrə yarışda finala yüksəlib.

"Mediasport" xəbər verir ki, idmançımız həlledici raunda 16,28 m nəticə ilə vəsiqə əldə edib.

Qitə birinciliyi martın 9-dək davam edəcək.