"Turan Tovuz" ilk dəfə avrokubok matçlarını Tovuzda keçirəcək

"Turan Tovuz" ilk dəfə avrokubok matçlarını Tovuzda keçirəcək

“Turan Tovuz” rəhbərliyi bir müddətdir Tovuz şəhər stadionunda yeniləşmə tədbirləri həyata keçirir.

Klubdan "Mediasport"a verilən məlumata görə, ölkəmizi avrokuboklarda təmsil edəcək komanda UEFA-nın tələblərini təmin etmək istiqamətində işlər görür.

Avropa Konfrans Liqasına vəsiqəni təmin edən qərblilər arenanın II kateqoriya səviyyəsinə çatdırılması üçün işlərə apreldən başlayıb.

Stadion ərazisində müəyyən tikinti, bərpa, quruculuq və təmir işləri aparılır.

İşlər çərçivəsində media sektoru genişləndirilir, yeni oturacaqlar quraşdırılır, digər zəruri texniki tələbələr yerinə yetirilir.

Burada qonaq azarkeşlər üçün xüsusi giriş-çıxış qapısı da olmalıdır.

Xatırladaq ki, II kateqoriyalı stadionlarda avrokubokların I və II təsnifat mərhələlərinin oyunları keçirilə bilər.

"Turan Tovuz" yarışa indiki halda 1-ci, "Sabah"ın Azərbaycan Kubokunu qazanacağı təqdirdə isə 2-ci raunddan başlayacaq.

Mərhələdən asılı olmayaraq, tovuzlular tarixdə ilk dəfə azı bir avrokubok görüşünü doğma meydanda keçirəcəklər.