Avropa çempionatı: Millimiz Bakıda Lüksemburq yığması ilə qarşılaşır

Avropa çempionatı: Millimiz Bakıda Lüksemburq yığması ilə qarşılaşır

Azərbaycanın qızlardan ibarət U-17 millisi bu gün AVRO-2025-in II seçmə mərhələsində mübarizəyə başlayacaq.

"Mediasport" xəbər verir ki, Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komandamız qrupda ilk oyununu Lüksemburq yığmasına qarşı keçirəcək.

B Liqasının 2-ci qrup görüşləri Bakıda təşkil ediləcək.

Millimizin digər rəqibləri Bolqarıstan və Malta seçmələri olacaqlar.


AVRO-2025. II seçmə mərhələ. B liqası, II qrup, 1-ci tur


16:00. Azərbaycan - Lüksemburq

Baş hakim: Eqlantina Pyetruşay (Albaniya)

Bakı, Bayıl stadionu.