"Kəpəz"də cəmi 5 ay oynadı, paylaşımla ürək sözlərini yazdı
“Kəpəz”lə vidalaşmaq və bu klubdakı səhifəni bağlamağın vaxtı çatdı”.
"Mediasport" xəbər verir ki, bu sözlər “Kəpəz”dən ayrılan Pedro Qomeşə məxsusdur.
23 yaşlı braziliyalı müdafiəçi sosial şəbəkə hesabında “sarı-göylər”lə vidalaşıb.
Heyətə 2025-ci ilin iyulunda gətirilmiş "sambaçı" təşəkkür edib:
“Gəncə şəhərində bu anları mənimlə bölüşən bütün komanda yoldaşlarıma, məşqçi heyətinə və azarkeşlərə təşəkkür etmək istəyirəm. Bu mövsüm “Kəpəz”in rənglərini qorumaq və bu formanı geyinmək mənim üçün böyük şərəf idi. Gələcəkdə hər kəsə ən yaxşısını arzulayıram”.
Qeyd edək ki, qərblilər ötən ay cənubi amerikalı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. O, "Kəpəz"də 9 oyun keçirib.

