"Qəbələ"nin yola saldığı futbolçuların sayı 10-a çatdı
"Qəbələ" Eduardo Kunde ilə yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, braziliyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
28 yaşlı müdafiəçi 2025/2026 mövsümündə "qırmızı-qaralar"ın heyətində ümumilikdə 27 oyunda meydana çıxıb.
Onadək komandanı İbrahim Sanqare, Rüfət Əhmədov, Turan Manafov, Rza Cəfərov, Sambu Sissoko, Murad Musayev, Adriel Ba Lua, Mehrac Baxşalı (icarə) və Seydina Keyta tərk edib.


